Avropa Birliyindən miqrantlarla bağlı mühüm qərar » Memur.az

Avropa Birliyindən miqrantlarla bağlı mühüm qərar

Avropa Birliyindən miqrantlarla bağlı mühüm qərar

Avropa Birliyinin (AB) daxili işlər və ədliyyə nazirləri Şurası səs çoxluğu ilə miqrantların kvota üzrə paylanması planını təsdiq edib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, plana əsasən 120 min miqrant kvotalar üzrə bütün AB ölkələri üzrə paylanacaq.
Ancaq BMT-nin hesablamasına görə, bu il Avropaya gələn miqrantların sayı faktiki, 300 mini keçib.

Qeyd edək ki, Mərkəzi Avropa ölkələri – Çexiya, Slovakiya, Rumıniya və Macarıstan qərarın əleyhinə səs verib, Finlandiya bitərəf qalıb.

Avropa Komissiyasının prezidenti JanKlod-Yunker Brüsseldə təşkilatın büdcəsi ilə bağlı keçirdiyi konfransda bildirib ki qaçqın probleminin miqyası nəzərə alınarsa, 120 min miqrantın paylanması qərarı gülməli görünür. “Həmrəylikdən danışmaq asandır. Əgər həqiqətən də bu insanlara kömək eləmək istəyirsinizsə, sözlərinizi əməldə də təsdiq edin” – deyib Yunker.