PKK daha iki türk polisini şəhid etdi - SON DƏQİQƏ » Memur.az

PKK daha iki türk polisini şəhid etdi - SON DƏQİQƏ

PKK daha iki türk polisini şəhid etdi - SON DƏQİQƏ

PKK terrorçuları Türkiyənin Hakkari-Van yolunda daha bir terror aktı həyata keçirib.

Nəticədə 2 türk polisi şəhid olub, daha ikisi ağır yaralanıb.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 19:00-da baş verib. Belə ki, Hakkari-Van yolu ilə hərəkət edən polis karvanı PKK-nın qurduğu xain pusquya düşüb. Uzaqdan idarə olunan minaların işə düşməsi nəticəsində avtomobildə olan 2 nəfər polis məmuru şəhid olub, daha ikisi yaralanıb.

Hadisədən sonra dərhal əraziyə əlavə qüvvələr cəlb edilib. Hazırda PKK terrorçularının axtarışı üzrə əməliyyat davam etdirilir.