Putinin saxta “diplomat”ı ifşa edildi » Memur.az

Putinin saxta “diplomat”ı ifşa edildi

Putinin saxta “diplomat”ı ifşa edildi

Ötən həftə - sentyabrın 13-də baş tutacaq Kostrom Vilayət Dumasına seçkilər ərəfəsində Rusiya müxalifəti dövlət mətbuatının və ya daha çox loyallığı ilə fərqlənən KİV-lərin əsas hədəfi olub.

Onları daha çox ABŞ diplomatlarının “kuklaları” kimi təqdim etməyə çalışıblar. Amma müxalifət də belə bir tələlərdən birinin üstünü açmağa müvəffəq olub.

Söhbət müxalifətdən olan siyasətçi İlya Yaşinin öz seçiciləri ilə görüşündə baş verən olaydan gedir. Olanları siyasətçi öz facebook səhifəsində yazıb.

İ.Yaşinin yazdığına görə, Kostromada seçicilərlə görüşü zamanı kostyum geymiş bir nəfər qeyri-səlis rus ləhcəsi ilə özünü ona ABŞ səfiri kimi təqdim edib.

Yaşinin tərəfdarlarından biri tez səfir olduğunu iddia edən bu şəxsin tədbirə gəldiyi maşına yaxınlaşıb və bəlli olub ki, sözügedən “Chevrolet Cruze” markalı bu maşının nişan nömrəsinin üzərinə sadəcə qırmızı yarlıq yapışdırılıb, onun altında isə adi ağ-qara Rusiya dövlət nömrə nişanı olub.

“Saxta diplomat tez maşınına oturub və oradan uzaqlaşıb” - Yaşin belə yazır.

Dövlət mediasında daha çox Qərbin kuklaları kimi təsvir olunan Rusiya müxalifəti son illər seçki kampaniyaları zamanı bu cür bürokratik əngəllərlə üzləşirlər.

Belə hallar da olub ki, siyasi rəqiblər evsizlərə ödənişlər ediblər ki, onlar müxalifətin seçki mitinqlərinə qatılsınlar və öz nimdaş görkəmləri ilə başqalarında ürək yanğısı yaratsınlar.

Bunun əvəzində isə Kremlyönümlü fəallar həkim paltarı geyinməklə “müxalifətdən olan namizədlərin özlərini psixiatrik qayğıya ehtiyacı var” kimi fikir formalaşdırmağa çalışıblar.

Rusiyanın dövlət mediası Kostromada baş verən “saxta diplomat” olayı ilə də 13 sentyabr seçki öncəsi müxalifətin ABŞ diplomatlarına bağlılığını göstərməyə cəhd edib.