Tacikistan AES tikintisini nəzərdən keçirir
dunya
18-03-2025, 10:28
14

“Report” xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev “İzvestiya”ya şərhində deyib.
“Bizim dostlarımız aşağı güclə bağlı təklifimizi yığcam mədən layihələrinin maraqları naminə öyrənirlər, onları məhz bu güc – 40-50 meqavat maraqlandırır. Deyərdim ki, bu, danışıqların ilkin mərhələsidir ”, - deyə o bildirib.
Rosatom rəhbəri əlavə edib ki, Rusiya və Tacikistan artıq bir neçə ildir ki, ekoloji layihələr baxımından fəal əməkdaşlıq edirlər: “Buraya SSRİ-nin uran layihələri irsinin aradan qaldırılması, mədənlərin və zənginləşdirmə obyektlərinin rekultivasiyası daxildir”.