Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır
dunya
6-02-2025, 12:22
14

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
"Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk", - nazir qeyd edib.
2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir.