Ərdoğan: “Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nin xüsusi nümayəndəsi ola bilər”
dunya
6-11-2024, 14:27
22
Türkiyə Orta Dəhlizin səmərəli istifadəsi üçün Türk Dövlətləri Təşkilatının (TDT) xüsusi nümayəndəsi rolunda çıxış edə bilər.
"Report"un Bişkekə ezam olunan əməkdaşının məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən 11-ci TDT sammitində çıxışı zamanı bildirib.
Türkiyə lideri TDT ölkələri arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat dəhlizlərinin, xüsusilə də Orta Dəhlizin istifadəsi və inkişafının vacibliyini vurğulayıb: "Şuşada keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev Orta Dəhlizin səmərəli istifadəsi üçün xüsusi nümayəndənin təyin edilməsi təklifini irəli sürüb".
R.Ərdoğan bu rol üçün Türkiyənin namizədliyini təklif etməyə hazır olduğunu vurğulayıb.
O xatırladıb ki, TDT üzvlərinin ümumi əhalisi 175 milyon nəfərdir və qarşılıqlı ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları səviyyəsindədir.