Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin sayı azalıb
dunya
17-06-2024, 00:50
110

“Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş siyahıdan məlum olub.
Siyahıya görə, İraq və İordaniya artıq imzalayanlar sırasında yoxdur. Beləliklə, imzalayanların sayı 80-dən 78-ə, imzalamayan ölkələrin sayı isə 15 olub.
İraq və İordaniyanın niyə imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.