Amerikalı senator “Crocus” terrorunun səbəbini açıqladı və ölkəsi üçün qorxulu proqnoz verdi
dunya
25-03-2024, 14:46
123

Bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə İŞİD faktiki olaraq fəaliyyətini dayandırmışdı.
“Onların 1 000-dən də az döyüşçüsü qalmışdı, indi isə bərpa olunublar. Qismən ona görə ki, biz Əfqanıstanı tərk etməklə onlara müntəzəm zərbələr endirə bilmədik”, - deyə Rubio bildirib.
Politoloq qeyd edib ki, Əfqanıstanın yeni hakimiyyət orqanları terrorçularla effektiv mübarizə aparmaq imkanına malik deyil.
O, həmçinin, terrorun ABŞ ərazisində təkrarlana biləcəyini vurğulayıb.
Mənbə: Abc.com