Hindistan yeni hərbi bazasını açır » Memur.az

Hindistan yeni hərbi bazasını açır

Hindistan yeni hərbi bazasını açırHindistan Hərbi Dəniz Qüvvələrinin yeni “Jatayu” bazası martın 6-da Lakşadvip İttifaqı ərazisindəki Minikoy adasında açılacaq.

Məlumata görə, baza strateji əhəmiyyətli ərazidə təhlükəsizlik infrastrukturunu gücləndirmək üçün nəzərdə tutulub.

Bildirilib ki, Minikoydakı baza bölgədəki ikinci hərbi dəniz bazası olacaq. O, Dəniz Qüvvələrinin əməliyyat imkanlarını təkmilləşdirəcək, regionda, xüsusən də quldurlara və narkotrafikə qarşı mübarizə əməliyyatları ilə bağlı imkanlarını genişləndirəcək.
Qeyd olunub ki, Minikoy həyati əhəmiyyətli dəniz kommunikasiyalarının kəsişməsində yerləşən bir adadır.

Mənbə: TASS