Ermənistan Milli Təhlükəsizlik Nazirliyi təkzib etdi » Memur.az

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi təkzib etdi

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi təkzib etdi

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi türkiyəli keçmiş prokurorlar Zəkəriyyə Öz ilə Cəlal Karanın Ermənistana qaçması ilə bağlı iddiaları cavablandırıb.

Avropa.info xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Nazirliyi yaydığı açıqlamada Zəkəriyyə Öz və Cəlal Karanın Ermənistana qaçmasını nə təkzib, nə də təsdiq edib. Nazirlik yalnız "bu barədə heç bir məlumatımız yoxdur" açıqlaması ilə kifayətlənib.

Qeyd edək ki, Artvin valisi Kamal Cirit prokurorların Ermənistana qaçdığını bildirmişdi. Zəkəriyyə Öz və Cəlal Kara Fətullah Gülən şəbəkəsinin ən məşhur ismlərindəndir. Onlar "dövlət çevrilişinə cəhddə", "terror təşkilatı qurmaq" da ittiham olunurlar və barələrində həbs qərarı çıxarılıb.