Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıb » Memur.az

Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıb

Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıbÇin arxeoloqları ölkənin mərkəzində Anyanq şəhərində (Henan əyaləti) Şan sülaləsi (e.ə. XVI-XI əsrlər) dövrünə aid yüksəkrütbəli aristokratların ailə üzvlərinə aid 28 məzar, habelə qulluqçu və heyvan məzarları aşkar ediblər.

Bu barədə Sinxua agentliyi Anyanq Mədəni Reliktlər və Arxeologiya İnstitutunun vitse-prezidenti Tsui Tsunqlyana istinadən məlumat yayıb.

“İlk dəfədir ki, qədim İn şəhəri xarabalıqları xaricində belə qəbirlər tapılır, - deyə Tsui Tsunqlyan bildirib. - Bu kəşf Şan sülaləsinin dəfn ənənələrini və o dövrün cəmiyyətin təşkilini öyrənmək üçün yeni məlumatlar verir”.
Şan indiki Çin Xalq Respublikasının ərazisində eramızdan əvvəl 2-ci minillikdə mövcud olmuş bir krallıqdır.

Mənbə: TASS