Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladı » Memur.az

Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladı

Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladıTürkiyə Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd F-16 təyyarəsi NATO hava polisi missiyası çərçivəsində Rumıniya səmasında patrul xidməti həyata keçirmək üçün Borcedəki 86-cı aviasiya bazasına gəlib.

Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.

“Təxminən 80 hərbi personaldan (pilotlar və texniki heyət) və dörd F-16 təyyarəsindən ibarət heyət Rumıniya Hərbi Hava Qüvvələrinin pilotları ilə birlikdə NATO komandanlığı altında gücləndirilmiş hava polisi missiyasını yerinə yetirəcək”, - məlumatda deyilir.

Bildirilir ki, bu missiya cavabdehlik və çəkindirmə qabiliyyətinin inkişafına, həmçinin Rumıniya və Türkiyə Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Qeyd edək ki, NATO hava polisi alyansın hava məkanını qorumaq üçün 1961-ci ildə yaradılıb. Rumıniya alyansa 2004-cü ildən qoşulub.

Mənbə: TASS