Ukrayna nümayəndəsi: “Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq” » Memur.az

Ukrayna nümayəndəsi: “Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq”

Ukrayna nümayəndəsi: “Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq”“Hazırda Bakıya bizimlə valideynləri cəbhədə olan və həlak olmuş hərbçilərinin uşaqları gəliblər”.

Oxu.Az-ın məlumatına görə, bunu uşaqlarla Bakıya gələn Ukrayna nümayəndəsi Olya Melnik jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kiyevdən Bakıya 30 uşaq gəlib:

“İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq, maraqlı ekskursiyalar və psixoloji reabilitasiya gözləyir”.
O qeyd edib ki, eyni zamanda, gələnlər arasında ailəsi əsirlikdə olan və itkin düşən uşaqlar da var. Həmin uşaqlar Azərbaycanda reabilitasiya keçəcəklər:

“Kiyev vilayəti elə bir bölgədir ki, çox atəşə tutulur və bundan uşaqlar əziyyət çəkir. Uşaqlarımıza dincəlmək və ölkəmizdə baş verən olaylardan uzaqlaşmaq imkanı verən bütün təşkilatçılara çox minnətdaram. Çünki bunlar artıq valideynlərini itirmiş və ya hər an itirmək stresi ilə yaşayan uşaqlardır. Əziz dostlar, dəstəyə görə çox sağ olun”.