Tbilisidə yeni hava limanı inşa olunacaq » Memur.az

Tbilisidə yeni hava limanı inşa olunacaq

Tbilisidə yeni hava limanı inşa olunacaqGürcüstanın paytaxtı Tbilisidə daha bir hava limanı inşa olunacaq.

Hava limanı keçmiş Vaziani hava bazasının yerində fəaliyyət göstərəcək.

Yeni beynəlxalq dərəcəli hava limanı barədə iyunun 5-də Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, Vazianidə mövcud hava limanından təxminən 17 km aralıda yeni aeroport açıqlacaq.
Baş nazir vurğulayıb ki, bu hava limanı Gürcüstan paytaxtının yeni regional aviasiya mərkəzinə çevrilməsinə imkan verəcək.

“Söhbət qovşaq ola biləcək yeni beynəlxalq səviyyəli hava limanının tikintisindən gedir. Bu, tranzit və logistika aeroportu olmalıdır”, - baş nazir bildirib.

Mənbə: vestikavkaza.ru