Tarix : 14-10-2022, 10:37 | Bölmə: dunya

Krım körpüsünün partladılması ilə bağlı Ermənistanda cinayət işi açıldıErmənistan Milli Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayışın törədilməsində iştirakla bağlı cinayət işi açıb.

Bu barədə idarənin saytında məlumat verilib.

“Alınan məlumatın düzgünlüyünü yoxlamaq və işin bütün hallarını aydınlaşdırmaq üçün (Krım körpüsündə terror aktı ilə bağlı) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində beynəlxalq terrorizmdə iştirak, partlayıcı maddələrin bir qrup şəxs tərəfindən Avrasiya İqtisadi İttifaqının sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi, habelə sənədlərin saxtalaşdırılması faktı ilə bağlı cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.

İdarədən əlavə edilib ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, bütün mümkün hüquqi vasitələrdən istifadə edilməklə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, oktyabrın 12-də Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayışla bağlı cinayət işi çərçivəsində beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşının həbs edildiyini açıqlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, cinayətin təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur.

Ümumilikdə hazırda terror aktının təşkilində əli olan ən azı 12 nəfər müəyyən edilib. Partlayıcı maddənin Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan da Ermənistana ötürülməsinin təşkili işinə Ukrayna vətəndaşları Syurkalo Mixail Vladimiroviç, Kovaç Denis Oleqoviç, Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan cəlb edilib. Ukrayna vətəndaşı Volodimir Vasilyeviç Zlob və daha 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükü qəbul edən Krımda mövcud olmayan şirkət kimi göstərilib.

Qurumun məlumatına görə, partlayıcılar Odessadan yola çıxaraq Bolqarıstan, Gürcüstan və Ermənistan keçməklə göndərilib.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər