Ermənistanda “TikTok” bloklanıb » Memur.az

Ermənistanda “TikTok” bloklanıb

Ermənistanda “TikTok” bloklanıb“TikTok” informasiya mənbəyi sayıla bilməz. Onun vasitəsilə idarə olunmayan məlumat axını baş verir.

Bunu informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasının səbəblərini izah edərkən bildirib.

O, vurğulayıb ki, bu tədbir digər strateji məlumatların yayılması qovşaqları düzgün işlədiyi halda təsirli olur.

Martirosyan bu işdə Azərbaycanı nümunə göstərib və Bakının bu məsələyə ciddi yanaşdığını deyib.

Ekspert informasiya sahəsində bir sıra problemlərin olduğunu da etiraf edib. “Xüsusilə, məlumat çatışmazlığı var və vətəndaşlar bu boşluğu üçüncü tərəf mənbələri vasitəsilə doldurmağa çalışırlar”, - deyə o qeyd edib.

Mənbə: Sputnik