Moldovalı nazir Rusiyaya görə 100 hektar torpaq istədi » Memur.az

Moldovalı nazir Rusiyaya görə 100 hektar torpaq istədi

Moldovalı nazir Rusiyaya görə 100 hektar torpaq istədiMoldovanın baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu söyüdü əsl alternativ enerji mənbəyi adlandırıb. O bu məqsədlə söyüd əkmək üçün 100 hektar torpaq sahəsinin ayrılması xahişi ilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

Baş nazirin müavini eyni zamanda qeyd edib ki, alternativ enerji mənbəyi ilə bağlı plan qarşıdan gələn qış üçün nəzərdə tutulmayıb və yalnız yaxın illərdə reallaşa bilər.

“Söyüd nə qədər sürətlə inkişaf etsə də, bir ilə kifayət qədər böyüməz. Yeni kənd təsərrüfatı naziri ilə sıx əlaqə saxlayırıq, ümid edirəm ki, tezliklə 100 hektar torpaqla bağlı cavabımız olacaq”, - deyə Spinu bildirib.

Nazir söyüdlərin biokütlə mənbəyi olduğunu xatırladaraq, ondan dövlət qurumlarında və ya təsərrüfatlarda istifadə oluna biləcək digər yanacaqlar hazırlana biləcəyini vurğulayıb.

Qeyd edək ki, “Moldovaqaz” enerji şirkəti “Qazprom”dan qiymət çox yüksək olduğuna görə avqust ayı üçün ödənişləri təxirə salmağı xahiş edib.

Mənbə: tv8.md