Dünya üzrə koronavirusa yoluxma halları azalıb » Memur.az

Dünya üzrə koronavirusa yoluxma halları azalıb

Dünya üzrə koronavirusa yoluxma halları azalıbBu həftə dünyada koronavirusa yoluxma halları noyabr ayından bəri ilk dəfə olaraq azalıb. Planetdə demək olar ki, 18 milyon yoluxma təsdiqlənib ki, bu da əvvəlki yeddi günlə müqayisədə 4 milyon azdır.

Yeni “Omikron” ştammına görə ilin əvvəlində pandemiyanın növbəti dalğasını yaşayan ölkələrdə yoluxma nisbətləri kəskin şəkildə aşağı düşüb.

Lakin ölüm halları ardıcıl üçüncü həftədir ki, artıb. Son yeddi gündə dünyada 76,4 mindən çox insan koronavirusdan ölüb.

Bu, öncəki həftə ilə müqayisədə 2 min, yanvarın sonu ilə müqayisədə isə 11 min nəfər çoxdur.

Mənbə: TASS