Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Dünən, 23:55

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.


MemurTv.az olke.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.


Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.


Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.

Mənbə: https://memurtv.az/cemiyyet/20109-milli-qehreman-ehtiram-eliyev-vefat-etdi.html