Bu gün, 11:13
“Böyük porsiyalı yeməklərdən, xüsusilə də şirniyyat, un məmulatları, ağ çörək və digər tez həzm olunan karbohidratlardan sonra insanı daha güclü yuxu tuta bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Olesya Sinelnikova bildirib.
Mütəxəssis həmin qidaların təsirini belə izah edib:
“Bu növ qidalar qanda qlükoza və insulinin səviyyəsinin kəskin dəyişməsinə səbəb olur. Yağlı yeməklər isə daha gec həzm olunur və təkcə halsızlığa deyil, həm də mədədə ağırlıq hissinə gətirib çıxarır”.
Həkim əlavə edib ki, bəzən qəbul edilən qida orqanizmdə artıq mövcud olan yuxusuzluq problemini sadəcə daha qabarıq üzə çıxarır.
Nahar sonrası yuxululuğu azaltmaq üçün O.Sinelnikova porsiyaları kiçiltməyi, səhər yeməyini buraxmamağı və kəskin ac qalmamağı tövsiyə edir.
Mənbə: https://memurtv.az/cemiyyet/19976-yemkdn-sonra-yuxulaman-sbbi-blli-oldu-bu-qidalar-azaldn.html