Bilgəh bağlarında işıq olmayacaq

17-02-2026, 10:19

Bilgəh bağlarında işıq olmayacaqBu gün Bakının Xəzər rayonunun Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dn məlumat verilib.

Bildirilib ki, səhmdar cəmiyyətinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə: https://memurtv.az/cemiyyet/17022-bilgeh-baglarinda-ishiq-olmayacaq.html