Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir

3-07-2025, 14:22

Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdirTuroperatorlar Rusiyadan Azərbaycana tur rezervasiyalarında kəskin azalma qeydə almırlar, ləğvetmələr tək-tükdür.

"Report" xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının prezidenti İlya Umanski bildirib.

"Ötən gün KİV-lər Azərbaycana tur rezervasiyalarının kəskin azalması (30-40 %) haqqında kütləvi şəkildə xəbərlər yayırdılar. Biz Rusiya Turizm Sənayesi İttifaqında bu məlumatı yoxladıq. Turoperatorların məlumatlarına görə bu təsdiqlənmir. Rezervasiyalarda azalma yoxdur. Ləğvetmələr - tək-tükdür, norma çərçivəsindədir", - İ.Umanski sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Azərbaycanda turistlərə münasibət xoş olaraq qalır.

Mənbə: https://memurtv.az/cemiyyet/15555-rusiya-turizm-ttifaqi-azerbaycana-turist-axininda-azalma-yoxdur-qonaqlara-munasibet-musbetdir.html