Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVA
18-11-2024, 09:31
Bakıda və Abşeron yarımadasında noyabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, yağış yağır.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, yağıntılı hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Mənbə: https://memurtv.az/cemiyyet/13831-bakida-ve-absheron-yarimadasinda-yagish-yagir-faktk-hava.html