TƏBİB-dən AÇIQLAMA: Uşaqlara bir neçə peyvənd eyni vaxtda vurula bilər?
22-02-2024, 15:52
Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur:
“Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır”.
Mənbə: https://memurtv.az/cemiyyet/12572-tebb-den-achqlama-ushaqlara-bir-neche-peyvend-eyni-vaxtda-vurula-biler.html