Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır
23-10-2023, 09:23
Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.
Mənbə: https://memurtv.az/cemiyyet/12145-bu-gunden-shagirdlerin-elektron-yerdeyishmesi-prosesi-bashlanir.html