Sumqayıt-Bakı qatarında problem yarandı
13-06-2023, 09:35
Sumqayıt-Pirşağı-Bakı elektrik qatarında problem yaranıb.
Oxu.Az xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından 07:50-də çıxan elektrik qatarı gecikib.
Maşinistin sərnişinlərə elan etdiyinə görə, gecikməyə səbəb texniki nasazlıq olub.Qeyd edək ki, Sumqayıt-Pirşağı-Bakı istiqamətində 07:50-də hərəkətə başlayan elektrik qatarı qrafik üzrə Bakı Dəmir Yolu Vağzalına 08:40 vaxtında çatmalı idi.
Mənbə: https://memurtv.az/cemiyyet/11497-sumqayit-baki-qatarinda-problem-yarandi.html