Bu gündən ibtidailər və məktəbəhazırlıq qrupları üçün 5 günlük əlavə tətil başlayır

1-05-2023, 10:14

Bu gündən ibtidailər və məktəbəhazırlıq qrupları üçün 5 günlük əlavə tətil başlayırBu gündən ümumi təhsil pilləsinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətil günləri başlayır.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının 2.5.3-cü yarımbəndinə əsasən tətil 1-5 may tarixlərini əhatə edir.

6 may şənbə, 7 may isə bazar gününə təsadüf etdiyindən, məktəbəhazırlıq qrupları və ibtidailər üçün tətildən sonra ilk dərs günü mayın 8-də olacaq.

Mənbə: https://memurtv.az/cemiyyet/11318-bu-gunden-ibtidailer-ve-mektebehazirliq-qruplari-uchun-5-gunluk-elave-tetil-bashlayir.html