Azərbaycanda yeddi məktəb və iki bağçada dərslər dayandırıldı - YENİLƏNİB » Memur.az

Azərbaycanda yeddi məktəb və iki bağçada dərslər dayandırıldı - YENİLƏNİB

Azərbaycanda yeddi məktəb və iki bağçada dərslər dayandırıldı - YENİLƏNİBGəncə şəhəri üzrə də dörd məktəbdə koronavirusa görə siniflərdə dərslər onlayn şəkildə davam etdiriləcək.

Oxu.Az-ın məlumatına görə, şəhərdə fəaliyyət göstərən dörd məktəbin hər birində bir sinif olmaqla koronovirusla bağlı dərslər distant formada keçiriləcək.

12:52

Ölkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb.

Oxu.Az-ın məlumatına görə, üç məktəb və iki bağçada dərslər dayandırılıb.

Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib.

Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.

Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb.