Abituriyentlərin NƏZƏRİNƏ: Vakant yerlərə ixtisas seçimi başlayır » Memur.az

Abituriyentlərin NƏZƏRİNƏ: Vakant yerlərə ixtisas seçimi başlayır

Abituriyentlərin NƏZƏRİNƏ: Vakant yerlərə ixtisas seçimi başlayırBu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzində verilən məlumata görə, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.