Bayram günlərinin hava proqnozu açıqlandı » Memur.az

Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərinin hava proqnozu açıqlandıBayram günlərində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38 dərəcə, 20-21-də bəzi yerlərdə 40 dərəcə, respublikanın rayonlarında 35-40 dərəcə isti, 20-22-də isə bəzi aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.