8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - RƏSMİ AÇIQLAMA » Memur.az

8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - RƏSMİ AÇIQLAMA

8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - RƏSMİ AÇIQLAMAMayın 8-i və 16-da Bakıda ictimai nəqliyyat fəaliyyətini davam etdirəcək.

Bu barədə Memur.Az-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarında 8 və 16 may həftənin şənbə və bazar günlərinə düşsə də, rəsmi iş günləri hesab edilir. Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Xatırladaq ki, mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.