Azərbaycanda siqaret bahalaşdı » Memur.az

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşdıAzərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.

Memur.Az-ın məlumatına görə, qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb.

Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, artıq bir həftəyə yaxındır ki, qiymətlərdə artım olacağı ilə bağlı xəbərdarlıq edilib və satışda müəyyən qədər məhdudiyyətlər yaranıb.

Belə ki, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 20 qəpik bahalaşıb.

Sahibkar bildirib ki, məhsulun topdan satışı ilə məşğul olan müəssisələr qiymət artımı ilə bağlı heç bir açıqlama verməyiblər.