Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdi » Memur.az

Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdi

Bakı metrosunda yenə nasazlıq yarandı: Qatar gecikdiBu gün qatarların gecikməsi səbəbindən “Bakı Metropoliteni”nində sənişin sıxlığı yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, gecikməyə səbəb qatarda yaranan nasazlıq olub:

“Səhər saat 08:30 radələrində metronun “Həzi Aslanov” stansiyasında qatarda nasazlıq yaranıb. Maşinist qatarda nasazlıq ehtimalı ilə qaydalara uyğun olaraq əlavə baxış keçirib. Nəticədə qatar stansiyada 4 dəqiqə yubanıb”.

Qeyd edək ki, dünən səhər saatlarında da qatarlarda problem yaranmış, iki stansiyada hərəkət dayanmışdı.