Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi başa çatdı » Memur.az

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi başa çatdı

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi başa çatdı2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-də, saat 18:00-da başa çatıb.

Oxu.Az xəbər verir ki, sənəd qəbulunda 5 500-ə qədər namizəd iştirak edib. Dərzi, kompüter operatoru, xalçaçı, elektrik qaz qaynaqçısı, aşpaz ən çox müraciət olunan ixtisaslar arasında yer alır.

Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla biliblər. Sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılıb. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.

Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.