“Stalinka”lara ipoteka krediti ayrılmayacaq - Rəy » Memur.az

“Stalinka”lara ipoteka krediti ayrılmayacaq - Rəy

“Stalinka”lara ipoteka krediti ayrılmayacaq - RəyAzərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib.

Oxu.Az xəbər verir ki, xəbərdarlıqda banklara Bakı şəhərində 1970-ci ilə qədər tikilmiş mənzillərin ipotekaya salınmaması göstərişi verilib.“Stalinka”lara ipoteka krediti ayrılmayacaq - RəyQeyd edək ki, bununla bağlı qərarın qəbul edilməsi həmin evlərin həddən artıq köhnəlməsi ilə bağlıdır.

Nəzərə çatdıraq ki, hazırda ipoteka krediti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilir. “Stalinka”lara ipoteka krediti ayrılmayacaq - RəyDaşınmaz əmlak bazarı üzrə ekspert Ramil Oslmanlı deyir ki, “stalinka”ların sökülməsinə cari ildən başlanılıb.

Onun sözlərinə görə, ipoteka kreditlərində “stalin” layihəli mənzillərin payı elə də yüksək deyil:

“Çünki “stalinka”ların sayı az olmaqla yanaşı, qiymətləri də bahadır. Məsələn, “Leninqrad”, “Kiev” layihəli mənzillərlə müqayisədə “stalinka”lar daha bahadır”.

Ekspert bildirir ki, Fondun qərarı qarşıdakı dövrdə “stalinka”lara tələbi bir qədər də aşağı salacaq. O cümlədən qiymətlərində 10-15 faizlik azalma müşahidə ediləcək.

Məlum oldu ki, yerləşdiyi ərazidən asılı olaraq 2 otaqlı “stalinka”ların qiyməti 90-110 min manat, üç otaqlıların dəyəri isə 125-160 min manat təşkil edir:

“Qiymətlərdə mənzilin şəhərin hansı hissəsində yerləşməsi, təmirli olub-olmaması rol oyanır”.

O ki qaldı qadağanın digər layihəli mənzillərin qiymətinə təsirinə, R.Osmanlı bazarda bahalaşma gözləmir:

“Yeni tikililərin ipoteka kreditlərindəki payı sürətlə artmaqdadır. Ona görə düşünmürəm “Leninqrad”, “Kiev” layihələrinə tələb kəskin şəkildə dəyişsin.

Memur.az