Zaur müğənninin 10 min dollarlıq ayaqqabısının qızılını sökmək istədi - FOTO » Memur.az

Zaur müğənninin 10 min dollarlıq ayaqqabısının qızılını sökmək istədi - FOTO

Zaur müğənninin 10 min dollarlıq ayaqqabısının qızılını sökmək istədi - FOTO

Ötən gün "5/5"-də Musa ilə Zaurun qonağı olan Təranə Qumral efirdə verilişə təşrif buyuran gənc ifaçı Orxan Babazadənin qızıl ayaqqabısının olduğu haqda xəbərlər eşitdiyini deyib.

Milli.Az xəbər verir ki, bu məlumatı ilk dəfə eşidən Zaur təəccüblü şəkildə Orxana "O ayaqqabını efirə gətirdək" təklifi edib.

Sonradan məlum olub ki, Orxan məhz qızıl ayaqqabısı ilə efirə gəlib. Zaur canlı yayımda müğənninin "Qızıl ayaqqabısını geyinib, gəlib. Gizlədirmiş! Ayaqqabını çıxart, qoy mənim də ayağıma qızıl ayaqqabı dəysin" deyərək ayaqqabısını çıxartdırıb. Müğənninin sözügedən ayaqqabısının bir tayını geyinən Zaur Kamal ayaqqabının ayağına böyük olduğunu "Buna mən heç 300 manat da vermərəm. Bunu nə ağılla verib o?! Qaloşdu e..., qaloş! Ayağımdan çıxır" sözləri ilə ifadə edib.

Ayaqqabıdakı qızılı sökmək istəyən aparıcı əlinə götürdüyü dəmir parçası ilə buna ciddi cəhd edib. Daha sonra bu fikrindən daşınan aparıcı müğənninin ayaqqabısının tayını özünə qaytarıb.

Qeyd edək ki, Orxan Babazadə qızıl ayaqqabını xarici ölkədə adını açıqlamadığı bir şəxsin ona borcu əvəzinə verdiyini bildirib. O, ayaqqabının qiymətinin təxminən 10 min dollar olduğunu da sözlərinə əlavə edib.

Maraq üçün bildirək ki, gənc ifaçı tanınmış iş adamının övladıdır.