Bakı-Pirşağı-Sumqayıt dairəvi yolunda qatarların sürəti artırılacaq Böyüt » Memur.az

Bakı-Pirşağı-Sumqayıt dairəvi yolunda qatarların sürəti artırılacaq Böyüt

Bakı-Pirşağı-Sumqayıt dairəvi yolunda qatarların sürəti artırılacaq  Böyüt

Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda 20-25 ildə təmir işləri aparılmadığından burada görüləsi işlər çoxdur.

“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbanov təmir işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı hər hansı tarix açıqlamayıb.

“Faktiki olaraq bu yol işləmirdi. Uzun müddət təmir olunmadığından bu yollar köhnəlib, yol yenidən təmir olunmalıdır. Amma çalışacağıq ki, bu işləri tez yekunlaşdıraq. Həm də orada qatarların daha sürətli hərəkətinə çalışacağıq”, - deyə C. Qurbanov əlavə edib.