AZAL-ın təyyarəsini Dubaya enməyə qoymadılar » Memur.az

AZAL-ın təyyarəsini Dubaya enməyə qoymadılar

AZAL-ın təyyarəsini Dubaya enməyə qoymadılar"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Dubay reysini həyata keçirən "Airbus A320" sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca aeroportuna məcburi eniş edib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunub ki, yerli vaxtla saat 09:00-da Bakıdan havaya qalxan təyyarə saat 11:55-də Dubay aeroportuna eniş etməli idi. Lakin mühüm dövlət tədbirinin keçirilməsi ilə əlaqədar olaraq, Dubay aeroportu reyslərin qəbulu üçün bağlanıb. AZAL-ın təyyarəsi havada bir neçə dairə vurduqdan sonra Şarca limanına enməyə icazə alıb.

Quşlar Bakı-İstanbul reysini gecikdirdi

Yaxın dəqiqələrdə sərnişinlərin avtobusla Dubaya yola salınacağı deyilir.

Qeyd edək ki, Şarca hava limanı Dubaydan 15 km məsafədə yerləşir.(MilliYol.Az)

Memur.az