"Sabah Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər" - Şok açıqlama » Memur.az

"Sabah Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər" - Şok açıqlama

"Sabah Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər" - Şok açıqlamaFransa senatı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə qaldırılmasına səs verib

Fransalı deputatlar bəyanat yayıblar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar həm iqtisadi, həm də siyasi cəhətdən Avropa İttifaqı ilə Rusiyanın münasibətlərinə ziyan vurur.

Avropa ölkələrində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması meyillərinin güclənməsi barədə politoloq Zərdüşt Əlizadə danışıb:

"Milli parlamentlərin Brüsseldə qəbul olunmuş qərarların ləğvinə haqqı çatmır. İtaliyada, Macarısanda, Fransada Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə dair qərarlar çıxa bilər, ancaq Brüsseldə Avropa İttifaqı adından Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı qərar qəbul olunubsa, sanksiyaların ləğvi yenə ümumi qərarla verilməlidir. Əks halda fərdi qaydada sanksiyaları ləğv etmək istəyən dövlətlərə qarşı cəza tətbiq edilə bilər.

Avropa ölkələirndə əhval-ruhiyyənin dəyişməsi, sanksiyaların qaldırılması istəyinin güclənməsinə səbəb odur ki, avropalılar Ukraynanın onların gözlədiyi qədər demokratik və səmərəli dövlət olmadığını gözəl dərk edirlər. Digər tərəfdən onlar istəmirlər ki, seçki ərəfəsində hakimiyyəti tənqid etsinlər və gəlirlərin itirilməsinə görə onlar seçicilərin səslərini itirsinlər.

Düşünürəm ki, Avropa ölkələrində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların götürülməsi istəyi güclənəcək. Digər tərəfdən isə ABŞ sanksiyaları saxlamağa çalışacaq. ABŞ-ın bununla bağlı mövqeyi sərt və birmənalıdır.

Rusiya açıq-aşkar bütün dünyaya meydan oxuyur. Sanksiyaların götürülməsi bizim üçün o baxımdan təhlükəlidir ki, sabah Rusiya "Dağlıq Qarabağ"ı müstəqil dövlət kimi tanıya bilər. Dünyada qanunlar nisbidir, ancaq hər halda var. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların saxlanılması tamamilə düzgün qərardır. Rusiya Ukraynanın daxili işlərinə qarışmaqdan əl çəkməlidir".(Politika.Az)

Memur.az