Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı » Memur.az

Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı

Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandıAzərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.

Virtualaz.org-un Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyənin Üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər.

Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.

1200-dən artıq şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

Qeyd edək ki, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Türkiyənin Qars vilayəti Ermənistanla sərhəddə yerləşir.

Memur.az