Hakimiyyət kadr dəyişikliyinə başlayır- SİYAHIDA KİMLƏR VAR? - təfsilat » Memur.az

Hakimiyyət kadr dəyişikliyinə başlayır- SİYAHIDA KİMLƏR VAR? - təfsilat

Hakimiyyət kadr dəyişikliyinə başlayır- SİYAHIDA KİMLƏR VAR? - təfsilatBir çox icra başçıları hakim dairənin gözündən düşüb, bəzilərinə isə işlərini yekunlaşdırmaq üçün vaxt verilib

Hakimiyyət dairələri işlərinin öhdəsindən gələ bilməyən, əhali ilə doğru şəkildə davranmayan icra başçılarını vəzifələrindən çıxarmağa hazırlaşır. Politika.Az-a daxil olan məlumata görə, prosesə «Formula 1» yarışlarından dərhal sonra start veriləcək.

Məlumatda deyilir ki, əsas hədəf kütləsi icra başçılarıdır və onların siyahıları da hazırdır. Belə ki, ilk «qurbanlar» sırasında Ağcabədinin icra başçısı Şahin Məmmədov, Daşkəsənin icra başçısı Əhəd Abıyev var. Ardından isə Yevlaxın icra başçısı Qoca Səmədov, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Səbayelin icra başçısı Eldar Əzizovun vəzifəsindən alınacağı gözlənilir.

Politika.Az bildirir ki, siyahı bununla məhdudlaşmır. Həmçinin hakimiyyətinin gözündən düşmüş icra başçıları sırasında Nərimanov rayonuna rəhbərlik edən Abidin Fərzəliyev, İmişlinin rəhbəri Vilyam Hacıyev, Beyləqanın icra başçısı Vaqif Abdullayev, Şəkinin icra basçısı Elxan Usubov, Füzulinin icra başçısı Alı Alıyev, Şamaxının icra başçısı Asif Ağayev, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Masallının icra başçısı Rafil Hüseynov da var.

Mənbə bu siyahının daha da böyüyə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, bəzi rayon rəhbərlərinə təlimat verilib ki, yarımçıq qalmış işlərini qısa müddətdə yekunlaşdırsınlar. (Politika.Az)

Memur.az