Samir Əliyev: “Dəbdəbəli inzibati binalar "su qiymətinə" icarəyə veriləcək” » Memur.az

Samir Əliyev: “Dəbdəbəli inzibati binalar "su qiymətinə" icarəyə veriləcək”

Samir Əliyev: “Dəbdəbəli inzibati binalar "su qiymətinə" icarəyə veriləcək”Təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan prezidentinin iştirakı ilə qoyulan ARDNŞ-ın inzibati binasının açılışı olub. Mayın 30-da baş tutan açılış mərasimində ölkə başçısı da iştirak edib.

Qeyd edək ki, istifadəyə verilən binanın hündürlüyü 200 metr olan bina 40 mərtəbəlidir. Bu gün ölkədə ARDNŞ-ın yeni inzibati binası ciddi müzakirə edilən mövzulardandır. Belə ki, ölkə gəlirlərinin ciddi şəkildə azalması fonunda bu cür bir binanın tikilməsi büdcə pullarının səmərəsiz şəkildə istifadəsi kimi qəbul edilir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, bu cür binaların saxlanılması ciddi xərc tələb edəcək: “İndi əsas məsələ neft puluna tikilmiş bahalı obyektlərin (inzibati binalar, stadionlar, konsert zalları və s.) saxlanması xərcləridir. Bir neçə ildən sonra özəl şirkətlərə bu obyektlərdə su qiymətinə icarə təklif ediləcək. Necə ki, SSRİ dağıldıqdan sonra sovet dövründə tikilən nazirliklərin, komitələrin, tədqiqat institutlarının binaları qəzetlərə, QHT-lərə, şirkətlərə icarəyə verilmişdi.

Təcrübədə ən azı Hökumət Evi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümunəsi var.

Memur.az