Prezidentdən özəl teleradio yayımçılarına yardım - 2 milyon » Memur.az

Prezidentdən özəl teleradio yayımçılarına yardım - 2 milyon

Prezidentdən özəl teleradio yayımçılarına yardım - 2 milyonAzərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Memur.Az xəbər verir ki, sərəncamda deyilir:

"1. Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

Memur.az