Oliqarxlara xəbərdarlıq: 90 saylı dairədən İqbal Ağazadə seçiləcək » Memur.az

Oliqarxlara xəbərdarlıq: 90 saylı dairədən İqbal Ağazadə seçiləcək

Oliqarxlara xəbərdarlıq: 90 saylı dairədən İqbal Ağazadə seçiləcək1 noyabr Parlament seçkilərində 90 saylı Ağdaş seçki dairəsindən "Azəriqazbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat seçilmişdi.

Ancaq səsvermənin təsdiqlənməsinə bir neçə gün qalmış MSK tərəfindən seçkinin nəticəsi ləğv edilib.

Bu ləğvetmənin səbəbi ölkə mətbuatında Əsədullayevin keçmiş MTN şefi Eldar Mahmudovla dost olması ilə əlaqələndirilib.

Məlumdur ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində təkrar deputat seçkisi keçiriləcək. Artıq bu barədə prezidentin sərəncamı var. Mərkəzi Seçki Komissiyası və müvafiq Dairə Seçki Komissiyası seçkilərə hazırlıq işlərinə başlayıb.

NUH.az-a daxil olan məlumata görə, həmin dairədən adını çəkmək istəmədiyimiz bir neçə məmur-oliqarx "öz adamı”nı deputat seçdirmək niyyətində imiş. Ancaq dünən yuxarıdan həmin oliqarxlara qəti şəkildə bildiriblər ki, 90 saylı dairədən Ümid Partiyasının sədri İqbal Ağazadə seçiləcək.
Arqument.Az

Memur.az