İbrahim Cəfərov rəsulıçularla bir araya gəldi » Memur.az

İbrahim Cəfərov rəsulıçularla bir araya gəldi

İbrahim Cəfərov rəsulıçularla bir araya gəldiAqrar Universitetin rektoru bu dəfə onların Gəncədəki ağsaqqalı rolunda

Azərbaycan Dövlət Aqrar Universitetində baş verən pozuntular, yarıtmaz kadr dəyişikliyi, rəhbərliyin müəllim və kafedra müdirlərini haqsız təzyiqdə saxlaması, tələbələrin hüquqlarının pozulması və s. bu kimi faktlarla bağlı redaksiyamıza daxil olan müraciətlərin ardı-arası kəsilməməkdədir. Biz “Hürriyyət” olaraq Gəncədə yerləşən və böyük kollektivə malik təhsil müəssəsinin acınacaqlı duruma salınmasına göz yummadığımız üçün, müxtəlif təzyiqlərlə qarşılaşsaq da haqlı mövqeydə duran vətəndaşların, ziyalıların və gələcək nəslin nümayəndələri olan tələbələrin müraciətlərinə biganə qalmamışıq. Lakin, həmin müraciətlərdə əksini tapan fikirlərin bəzilərinin həqiqətə uyğun olmadığını və ya şişirdilmiş formada yazıldığını araşdırmalarımız nəticəsində ortaya çıxardığımız zaman onlara yazılarda yer verməməkdə haqlı olduğumuzu müraciət sahiblərinin diqqətinə çatdırırıq. Ona görə dəyərli oxucularımız və müraciət sahibləri bizdən inciməməli, əksinə qəzetimizin səhifəsində şantaj və böhtana yer olmadığı üçün mövqeyimizi dəstəkləməlidirlər.

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunandan sonra təhsil ocağında bir sıra kadr dəyişikliyi aparan İbrahim Cəfərovun fəaliyyəti çox keçmədi ki, müəllimlərin ciddi narazılığına səbəb olub. Rektorun yaxınlarını vəzifələrə çəkməsi, təcrübəsi olan şəxsləri isə cəzalandırması, universiteti şəxsi prinsiplərinin ocağına çevirməsi kollektivdə çaşqınlıq yaratmaqdadır. İkiyə bölünmüş kollektivin İbrahim Cəfərov tərəfində olan qanadına nəzər salsaq aydın olur ki, hörmətli rektor vəzifəyə çəkdiyi və mükafatlandırdığı şəxslər keçmiş spiker Rəsul Quliyev tərəfdarlarıdır. Hətta rəsulçuların hakimiyyətə qəzəb və nifrətini nəzərə alan İbrahim Cəfərov onları universitetdə dekan vəzifəsinə qədər önə çəkib. Belə ki, vaxtilə Rəsul Quliyevin sədri olduğu partiyanın Gəncə şöbəsinin sədri Elman Mövsümov hazırda Aqrar Universitetdə mühüm fakültədə dekan vəzifəsini tutur. Xatırladım ki, Elman Mövsümov, Rəsul Quliyevin yaxın dostu olmaqla yanaşı həmdə onun müşaviri kimi fəaliyyət göstərib. Bundan başqa Gəncədə dəfələrlə hakimiyyətə qarşı mitinqlər təşkil edən Elman Mövsümov mətbuatda ölkə rəhbərliyinə qarşı sərt çıxışları ilə də diqqət çəkib. Bu şəxsin Gəncədə ictimai asayişi pozmaq üçün təşkil etdiyi mitinqlərdə həbs olunan sadə vətəndaşlar azlıq təşkil etmirdi. Ibrahim Cəfərovun və Rəsul Quliyevin yaxın dostu olan bu şəxsin Gəncədə hakimiyyətə ən sərt mövqedə olması və iqtidar nümayəndələrinin təhqir etməsi görünür bəziləri tərəfindən alqışlanmamış deyil. Memur.az - Tez bir zamanda İbrahim Cəfərov tərəfindən dekan kimi vəzifədə saxlanılan və qorunan şəhərin bir nömrəli rəsulçusu hazırda keçmişdəki nifrətini soyutmuş deyil. Gəncəlilərin bu gün də Rəsul Quliyevin dostu kimi tanıdığı bu şəxs universitetdə rektor tərəfindən ən çox dəstəklənməkdədir. Məhz, İbrahim Cəfərovun ona verdiyi səlahiyyət o qədər böyükdür ki, o başqa dekanlığın da işinə müdaxilələr edir. Elman Mövsümovun sözünü yerə salan müəllim və kafedra müdirləri isə rektor tərəfindən ağır cəzalandırılır. Əslində rəsulçuya və ya universitetdəki rəsulçulara rektorun bu qədər məhəbbətin hardan meydana gəldiyini anlamaq çətin gəlir. “Hurriyyet.az” saytında qeyd olunduğu kimi ortaya çıxan bir sıra suallar var ki, onlara İbrahim Cəfərovun cavab verməsi doğru addım olardı. Ən azından nəinki Gəncədə, Respublikanın müxtəlif yerlərində yerləşən təhsil müəssisələrində Rəsul Quliyevə bu qədər sevgi aşılanmır və bu qədər rəğbət göstərilmədiyini əminliklə söyləmək olar.

Elman Mövsümovun dekalıq kimi əhəmiyyətli vəzifə ilə mükafatlandırılmasından sonra digər rəsulçuları da universitetdə vəzifələrə çəkməkdən qorxmayan İbrahim Cəfərov hazırda keçmiş sikerə sonsuz hörmətini nümayiş etdirməkdədir. “Hurriyyət.az” saytı qeyd edir ki, universitetdə ictimaiyyətlə əlaqələr şöbəsini də rəsulçuların ixtiyarına verən İbrahim Cəfərovun iki gün öncə atdığı daha bir addım Gəncədə və təhsil ocağında müzakirə mövzusu olub. Belə ki, Aqrar Universitetdə vəzifə tutan rəsulçulardan biri toy məclisi düzənləyib. Həmin toy məclisində Gəncənin və digər rayon və şəhərlərin rəsulçuları iştirak edib. Qəribəsi ondadır ki, hörmətli rektor İbrahim Cəfərov məclisin ağsaqqalı seçilməklə başda oturub və toyun idarə edilməsində xüsusi canfəşanlıq edib. Hətta rektor rəsulçuların şəninə böyük söz toplusundan seçmələr də söyləyib. Bir daha Rəsul Quliyevə dərin hörmətini göstərən rektorun bu addımı yəqin aidiyyatı qurumları və nazirliyi düşündürməlidir. Təhsil ocağını siyasi oyunların alətinə çevirən Cəfərovun şəhərdə rəsulçulara ağsaqqallıq etməsi yeni problemlərin yaranmasına şərait yaratmaqdadır.

Gəncənin İcra başçısı Elmar Vəliyevə qarşı sosial şəbəkələrdə qarayaxmalar təşkil edən rektor zon zamanlar daha çox fəallaşıb. Tabeliyində olan və Rəsul Quliyevə yaxın mətbu orqanlarda icra başçısını ittiham etdirən İbrahim Cəfərov növbəti hücümünu facebook sosila şəbəkəsində həyata keçirməkdədir. Maraqlıdır ki, hörmətli rektor sosial şəbəkələrdə Elmar Vəliyevin icra başçısı kimi fəaliyyətinə son veriləcəyi barədə fikirlər formalaşdırır və çəkinmədən bunu aşkar edir. Nəticədə, Elmar Vəliyevin bu yaxında vəzifəsindən kənarlaşdırılacağı barədə şayələr durmadan artır. Hətta şəhərdə baş verən hər hansı bir narazılığı faciə şəklində mətbuatda geniş yaymağa nail olan Cəfərovsevərlər rəsulçuları mükafatlandırdığı üçün rektora dəstək nümayiş etməkdədirlər.

İbrahim Cəfərovun universitetdə hər bir çıxışına belə öz səhifələrində geniş yer verən mətbu orqanların adlarına diqqət edəndə məlum olur ki, rəsulçular rektoru “çox sevirlər”. Nəticədə həm maddi, həmdə mənəvi dəstək alan rəsulçu medianın inkşafına da hörmətli rektorumuz öz töhvəsini vermiş olur.

Azərbaycan Dövlət Aqrar Universitetində narazılıq edən şəxslərin – müəllim və tələbələrin cəzalandırılnması adi qaydaya çevrilib. Rektorun, haqlı mövqelərini ifadə edən vətəndaşların səslərini boğmasıni həyata keçirənlər də rəsulçulardir. Lakin, İbrahim müəllimi bir dərinliyi bilinməyən uçurumun kənarına aparmaqda olan rəsulçular təhsil ocağında daha da möhkəmlənməkdədirlər. Biz dəfələrlə bu mövzuya toxunaraq İbrahim Cəfərova tövsiyyələrimizi versəkdə görünür keçmiş spikerə olan hörmət və icra başçısı olmaq arzusu rektorun yanlış yoldan dönməsinə ciddi mane olur. Digər tərəfdən rəsulçuların tez-tez səsləndirdiyi: “İbrahim müəllim bu yaxında Gəncənin icra başçısı olacaq. Ona dəstək olun” – kimi həyata keçməsi gülünc görünən xəyalların təbliğatının qurbanına çevrilməkdə olan rektora son oyarımızda var. Bəlkə, gec olmadan yanlış yoldan dönmənin zamanıdır hörmətli Cəfərov! Bəlkə siyasi oyunları kənara qoyub, mətbuata və sosial şəbəklərə ayırdığınız vaxt qədər Aqrar Universitetdə nöqsanların aradan qaldırılmasına zaman ayırasınız?

Mövzuya qayıdacağıq
İkram Rafiqoğlu