Məşhur sayt Bakıdan yazdı: "Təəccüblənəcəksiniz! » Memur.az

Məşhur sayt Bakıdan yazdı: "Təəccüblənəcəksiniz!

Məşhur sayt Bakıdan yazdı: "Təəccüblənəcəksiniz!Bakı - təzadlar şəhəridir. O, kosmik sürətlə dəyişsə də, simasını itirmir. Dünyanın heç yerində müasir memarlıqla orta əsrlərin irsi belə ahəngdar çulğalaşmayıb. Pravoslav, katolik, protestant kilsələri, qədim və müasir məscidlər - bu dini tikililər bir-birinə qeyri-adi dərəcədə yaxın yerləşir.

Memur.az Day.Az-a istinadən bildirir ki, Bakının gözəlliklərindən ağızdolusu danışan məşhur Adme.ru saytı qeyd edib ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Bakı qərb və şərq mədəniyyətinin ən gözəl xüsusiyyətlərini özündə birləşdirir.

Paytaxtımızın maraqlı tikililərindən ayrı-ayrılıqda bəhs edən, həmçinin Azərbaycan mətbəxinə nəzər salan sayt yazır ki, istənilən tələbkar turisti Bakımız heyran edəcək, onu təəccübləndirəcək. "Bu möcüzəli şəhərə gəlmək istəyənlərə isə, - sayt yazır, - Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti barədə müxtəlif tur və ekskursiyalarda PASHA Travel-in əməkdaşları ətraflı məlumat verəcək, Bakıda unudulmaz istirahət təşkil edəcəklər. Odur ki, Azərbaycana xoş gəlmisiniz!"