Məmmədyarov və Canelidze Tbilisidə görüşdülər – YENİLƏNİB » Memur.az

Məmmədyarov və Canelidze Tbilisidə görüşdülər – YENİLƏNİB

Məmmədyarov və Canelidze Tbilisidə görüşdülər – YENİLƏNİBNazirlər bəyannamə imzalayıblar.

Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünün yekunları ilə bağlı Bəyannamə imzalanıb.

Memur.Az xəbər verir ki, APA-nın məlumatına görə, sənədə Gürcüstanın xarici işlər naziri Mixail Canalidze, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imza atıb.

Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin əhəmiyyəti, o cümlədən Azərbaycan və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb.

Sənəddə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.

10:42

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.

Memur.Az xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixail Canelidze iştirak edirlər.

Görüşün sonunda birgə Bəyannamə imzalanacaq.

Qeyd edək ki, bu, üç ölkə nazirlərinin bu formatda V görüşüdür.