Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner”dən alıcılarına yeni kolleksiya » Memur.az

Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner”dən alıcılarına yeni kolleksiya

Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner”dən alıcılarına yeni kolleksiya

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” öz alıcılarına yeni kolleksiyasını təqdim edib.

Memur.Az xəbər verir ki, ölkəmizdə ilk dəfə, xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası - “Baku Corner”in yeni kolleksiyası Leyla Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlüklərindən ibarətdir.

Qeyd edək ki, məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.

13 noyabr 2015-ci il tarixindən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilmiş "Baku Corner"-in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır. “Baku Corner” tərəfindən uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də geniş kütləyə nümayiş olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.

“Baku Corner”-in yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olan və daim alıcıların zövqünü oxşayan məhsulları ilə onun feysbuk, instaqram və rəsmi internet səhifəsindən (www.bakucorner.az, www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner ) tanış ola bilərsiniz.