Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib » Memur.az

Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib

Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Memur.Az APA-ya istinadən xəbər verir ki, iclasda təşkilati işə baxılıb, MSK-nın sədri, sədr müavini və katibinin seçilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib. Əli Qədimov, MSK sədrinin müavini, Elnur Eyvazov katib seçiliblər.

Qeyd edək ki, dekabrın 22-də Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası MSK-nın yeni üzvləri haqqında təklifə baxılaraq təsdiq olunub.