Rusiyada prezident seçkisi üçün səsvermə başlayıb » Memur.az

Rusiyada prezident seçkisi üçün səsvermə başlayıb

Rusiyada prezident seçkisi üçün səsvermə başlayıbRusiyanın ən şərq vilayətlərində - Kamçatka və Çukotkada ölkə prezidenti seçkisi üçün səsvermə başlayb.

Prezident seçkisi üçün regionda 319 seçki məntəqəsi yaradılıb.

Əsas seçki məntəqələrində səsverməni 600-dən çox müşahidəçi izləyəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək keçiriləcək. İlk dəfədir ki, seçki üç gün ərzində davam edəcək və ölkə regionlarının təxminən üçdə birində məsafədən elektron səsvermədən istifadə olunacaq.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır: Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov.

Mənbə: TASS